İran yüksək miqdarda neft hasil edə bilər

Beynəlxalq müşahidəçilər İran İslam Respublikasının sürətlə neft hasilatını artıracağını vurğulayıblar.
 
Neft sənaye mütəxəssisləri Dubay və Londonda nəşr olunan "Golf Times" iqtisadiyyat jurnalına verdikləri müsahibədə İran neft naziri Bijan Namdar Zəngənənin İranın sanksiyaların qaldırılmasından az bir müddət sonra neft istehsalını gündəlik 1 milyon barrel artıra biləcəyinə dair sözlərini təsdiqləyərək, İranın bu imkana malik olduğunu qeyd ediblər.
 
Maide.az xəbər verir ki, həmin müşahidəçilər sanksiyaların getdikcə azalması lazım olduğu səbəbi ilə istehsal prosesinin aylar sürməsinə baxmayaraq, İranın sürətlə istehsal miqdarını artırmaq imkanına malik olduğuna və OPEK-də ikinci böyük istehsalçısı mövqeyinə keçə biləcəyini vurğulayıblar.
 
Ötən on ilin ortalarında "Royal Duthc Şell" firmasının nümayəndəsi kimi İranda işləyən və Dubayda yerləşən enerji müşavir firmasınının analitiki Robin Miles da "Golf Times"a verdiyi müsahibədə İranın hazırda gündəlik 4,3 milyon barrel neft hasil edə biləcəyini deyib.

Google+ WhatsApp ok.ru