İraq və Suriya terrorizmə qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb

İraq və Suriya terrorizmə qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb

Suriya prezidenti Bəşər Əsəd İraqın Milli Təhlükəsizlik Muşaviri Faleh Fəyazla Dəməşqdə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə Bəşər Əsəd əcnəbilərin və ifratçı qrupların dəstəklədiyi terrorizmlə mübarizədə İraqla əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb. “İki ölkə təşkilatlandırılmış terrorçularla mübarizə sahəsində əməkdaşlığını gərəkdir ki, artırsın. Terrorizm və  təkfirçilik idyolojiyası İraq və Suriyanın müştərək düşmənidir”.
 
Bəşər Əsəd Hələbin azadlığı və İraq qüvvələrinin Mosuldakı uğurları münasibəti ilə hər iki ölkənin xalqını təbrik edib. “İraq və Suriyadakı mövcud böhranların həlli, təkcə yaxın şərqdə deyil, bəlkə bütün dünyanın gələcəyinə təsir edəcək”. /

Google+ WhatsApp ok.ru