Regionlardakı səfalətin banklardakı görsənişi

Hökumət uzun illərdi sürətli inkişaf, uğurlu siyasət təbliğatı aparır. Gecə-gündüz regionlara diqqət və qayğıdan danışırlar, regionların iqtisadi inkişafı üzrə dövlət proqramlarının imzalanmasından söhbət açırlar. Reallıq isə budur ki, regionlara diqqət və qayğı rayon mərkəzlərindəki Heydər Əliyev parklarından, Heydər Əliyev heykəllərindən və bu parkın ətrafındakı asfalt yollardan ibarətdir.
 
Həmişə yazmışıq ki, ölkədəki iqtisadi inkişaf, uğurlu siyasət vətəndaşın cibində, süfrəsində, çöhrəsində hiss olunmalıdır. Amma görünən budur ki, reginolarda iş qabiliyyəti olan adamlar ölkəni tərk edib, Rusiya və digər qonşu ölkələrdə çalışırlar. Ümumiyyətlə, 9 milyon əhalinin 2.5 milyonu banklara borcludursa, hansısa inkişafdan danışmaq riyakarlıq, utanmazlıqdır.
 
 
Gəlin, hökumətin “inkişaf” etdirdiyi regionlardakı vəziyyətə rəsmi rəqəmlərə istinad etməklə də nəzər salaq.
 
Bu ilin birinci rübü üzrə banklara əmanət qoyuluşu 1.5 milyard manat azalıb. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, mart ayı üçün fiziki şəxslər tərəfindən banklara yatırılan əmanətlərin həcmi 7.8 milyard manat təşkil edir. Halbuki, ilin əvvəlində bu rəqəm 9.4 milyard manat olub.ÿ
 
Ümumi əmanət portfelinin təqribən 93.5 faizi yalnız paytaxtın payına düşür. 7.8 milyardlıq əmanətlərin respublikanın bölgələri üzrə bölgüsü isə belədir.
 
Abşeron iqtisadi rayonu-160,1 milyon manat
 
Aran iq.ray. – 84.8 milyon manat
 
Dağlıq Şirvan iq.rayon.ÿ- 12.1 milyon manat
 
Gəncə-Qazaz iq. rayon.- 119.2 milyon manat
 
Quba-Xaçmaz iq. rayon – 34.5 milyon manat
 
Lənkəran iq. rayonu – 38 milyon manat
 
Şəki-Zaqatala iq. – 31.5 milyon manat
 
Yuxarı Qarabağ ÿ- 7.8 milyon manat
 
Kəlbəcər-Laçın ÿ- cəmi 28 min manat
 
Naxçıvan iq. rayon – 26.8 milyon manat.
 
Məsələn, Lənkəran iqtisadi rayonuna Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran daxildir. Deməli, 6 rayonun banklardakı əmanət payı cəmi 38 milyon manat təşkil edir. Əgər regionların iqtisadi inkişafına diqqət və qayğı göstərilsəydi, əhalinin yaşayış səviyyəsi yüksək olsaydı, bu 6 rayonun babnklardakı əmanəti 100 milyonlarla ölçülməliydi. Reallıq isə budur ki, böyük potensiala malik cənub bölgəsində sosial- iqtisadi vəziyyət quyunun dibinə yuvarlanıb. Aydın görünür ki, yürüdlən siyasət regionun inkişafına yox, tənəzzülünə xidmət edib.
 
Yaxud,  Şəki – Zaqatala iqtisadi rayonunu götürək. Bu iqtisadi rayona Şəki, Zaqatala, Quba, Xaçmaz, Balakən, Qax, Oğuz rayonları daxildir. Amma bu qədər rayonun ümumi əmanəti 31.5 milyon təşkil edir. Yenə də eyni mənzərə ilə qarşılaşırıq. Yüzminlərlə insanın yaşadığı iqtisadi rayonda göstərici  31.5 milyondursa, deməli əhalinin həyat şəraiti, rayondakı sosial-iqtisadi vəziyyət acınacaqlıdır.
 
Ölkənin bütün rayonları iri məmurlar arasında bölünüb və rayonun bütün potensialı bu adamların cibinə gedir. Elə bir rayon tapmaq olmaz ki, icra başısının saysız hesabsız obyektləri, nazirlərin, komitə sədrlərinin “toçka”ları olmasın. Əgər ölkə bütövlükdə bir qrup adamın girovuna çevrilibsə, nəticə yuxarıda göstərdiyimiz kimi acınacaqlı olmalıdır.
 
Digər iqtisadi rayonlarda da vəziyyət eynidir. Amma bu rayonlar üzrə kredit borclarını hesablasaq, nəticələr əmanətlərdən 5-7 dəfə çox olacaq. Deməli, “uğurlu siyasət”in nəticəsində regionların inkişafı deyil, regionlardakıların kütləvi borclanması, müflisləşməsi təmin olunub.
 
Bəli, rəsmi rəqəmlər də göstərir ki, hökumətin bütün  proqramları kimi regionların iqtisadi inkişafı üzrə dövlət proqramı da kağız üzərində həyata keçirilib və bu inkişafın sadə vətəndaşa heş bir aidiyyatı yoxdur. (azadliq.info)
 

Google+ WhatsApp ok.ru