Ruhani Bakıya gələcək (VİDEO)

İran Prezidenti Həsən Ruhani ilin sonunda Azərbaycana səfər edəcək. ANS TV-nin məlumatına görə, bunu İranın Ailə və Qadın Məsələləri üzrə vitse prezidenti Şəhindoxt Molaverdi deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan və İran arasında qadın məsələrində birgə əməkdaşlığa dair müqavilə üzərində işləyirlər.
 
“Çalışacağıq ki, həmin müqavilə cənab Ruhaninin Azərbaycana səfəri zamanı imzalansın. Bu müqavilədə iki ölkənin qadınları arasında elmi mübadilələrin həyata keçirilməsi,qeyri-hökumət təşkilatlarının işinin yekunu əks olunub. Hazırda Azərbaycan və İran arasında iqtisadi sahədə əməkdaşlıq genişlənib. Biz qadın məsələləri üzrə əlaqələri də bu səviyyəyə çatdıracağıq". 
 
Molaverdi bundan əlavə prezidentlərin görüşü zamanı, mədəniyyət və ticarət əlaqələri də geniş müstəvidə müzakirə olunacağını deyib. 

Google+ WhatsApp ok.ru