Ruhani noyabrın 12-də gəlir

İran prezidentinin Azərbaycana səfərinin dəqiq tarixi açıqlandı

“İran İslam Respublikasının prezidenti noyabrın 12-13-də Azərbaycanda səfərdə olacaq”. 
Bunu Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib.
 
O bildirib ki, səfərinin məqsədi iki ölkə başçısı arasında görüş zamanı haqqında danışılacaq mövzuların araşdırılması və bu barədə müzakirələrin sona çatdırılmasıdır. 
Nazir Bakıya böyük bir nümayəndə heyəti ilə gəldiyini deyib. 
 
“İran tərəfi dövlət və özəl sektorda iş aparıb və Azərbaycanla ikitərəfli əlaqələrin yaradılmasına hazırdır. İranın özəl sektorunda, həmçinin Azərbaycanla həmsərhəd olan əyalətlərin, Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Gilandan olan iş adamları bu səfərə böyük önəm verirlər”, -deyə nazir bildirib.

Google+ WhatsApp ok.ru