Rusiya çarə axtarışında

Medvedyev iqtisadiyyat nazirləri ilə toplantı keçirdi

Rusiyada hökumət rublun dollar və avro qarşısında dəyərini itirməsiylə başlayan bazarlardakı sarsıntının qabağını almaq üçün görüləcək tədbirləri açıqlayıb. 
 
Maide.az xəbər verir ki, Rusiyanın baş naziri Dimitri Medvedyev hökumətin iqtisadiyyat nazirləri ilə keçirdiyi yığıncaqda dollar və avronun rubl qarşısında yüksəlişini və kursun sabit qalması üçün görülməsi lazım olan tədbirləri müzakirə edib. 
 
Toplantıdan sonra açıqlama verən İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev görüləcək tədbirlərlə kursun artırılması və daxili bazardakı təklif və tələb arasındakı tarazlığın təmin edilməsinə qarşı olacağını qeyd edib. 
 
Ulyukayev mövcud vəziyyətdə bank sektorunun dəstəklənməsinin əhəmiyyətli olduğunu deyərək, yığıncaqda bankların öhdəliklərini yerinə yetirmələri üçün qanuni dəyişiklik tələb edən bəzi tədbirlərin də müzakirə edildiyini deyib. 
 
Yığıncaqda kursa məhdudlaşdırma tətbiqinin gündəmə gəlmədiyini deyən Ulyukayev, Mərkəz Bankının faiz artırımı qərarında gecikdiyi tənqidini səsləndirib. 
 
Ulyukayev vətəndaşa pullarını daha əvvəl saxladıqları valyutada mühafizə etmələri tövsiyəsini edib. 
 
Rusiyada Mərkəz Bankının faiz artırma qərarına qarşı dollar və avro rekord yüksəlişinə davam edərək, avro 100, dollar 80 rubl səviyyəsini keçib.

Google+ WhatsApp ok.ru