Rusiya neft hasilatını dondurmağa hazırdır

Rusiya neft hasilatını dondurmağa hazırdır

Vladimir Putin Rusiyanın neft hasilatını dondurmağa dair mövqeyini təsdiqləyib.
 
Bu barədə Trend İnterfaks-a istinadən məlumat verir.
 
Rusiya Prezidenti Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən qeyd edib:
 
"Qarşıdakı OPEK görüşünə və mövqeyimizə gəlincə, o, dəyişməz qalır və biz dəfələrlə bunu demişik: indiki səviyyədə neft hasilatını dondurmağa hazırıq". /

Google+ WhatsApp ok.ru