Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfər edəcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev mayın 11-12-də Azərbaycana səfər edəcək.
 
Bu barədə onun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, N. Patruşev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşəcək. Tərəflər regional və beynəlxalq təhlükəsizliyə dair məsələləri müzakirə edəcəklər.   
 
Qonağın Bakıda müharibə veteranları ilə görüşü də nəzərdə tutulub. 

Google+ WhatsApp ok.ru