Rusiya və Azərbaycan birgə razılığa gəlib 13 Oktyabr 2016 01:00 İqtisadiyyat Rusiya və Azərbaycan birgə xarici ticarət layihələrinin təşviqinə dair razılığa gəlib Rusiya iş adamlarının Azərbaycan bazarına marağı artıb Rusiya İxrac Mərkəzində (Moskva) Rusiya-Azərbaycan işçi qrupunun həmsədrləri Pyotr Fradkovla İskəndər Xəlilov arasında görüş keçirilib. "Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə Rusiyanın Azərbaycana ixracının kifayət qədər diversifikasiya olunduğu qeyd edilib. Hazırda Rusiya işçi qrupunun tərkibinə yeyinti sənayesi, tikinti və tikinti materiallları sahəsi, maşınqayırma, kənd təsərrüfatı maşınqayırması, əczaçılıq, informasiya texnologiyaları, maliyyə-bank sektorunda fəaliyyət göstərən 35 Rusiya şirkəti daxildir. Bildirilib ki, Rusiya iş adamlarının inkişaf edən Azərbaycan bazarına marağı müşahidə olunur. Görüşdə tərəflər gələcək birgə iş planlarını müzakirə ediblər. Həmçinin, Rusiya İxrac Mərkəzinin nümayəndələrinin 2016-cı il noyabrın 1-də keçiriləcək VII Rusiya-Azərbaycan beynəlxalq regional forumunda və Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının birgə iclasında iştirakı planlaşdırılır. Görüşün nəticəsində 2016-cı ilin sonunadək Rusiya-Azərbaycan konkret pilot xarici iqtisadi layihələrinin yaradılmasına və birgə təşviqinə dair razılıq əldə olunub. / Teqlər : #Rusiya və Azərbaycan birgə razılığa gəlib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI Brent neftinin qiyməti 52 dollar ətrafında dəyişir