Rövnəq Abdullayev benzinin ucuz qiymətinə niyə eyham vurdu?

Rövnəq Abdullayev benzinin ucuz qiymətinə niyə eyham vurdu?

SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb: "Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də heç kim bura benzin gətirməyəcək. Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu bizə bir neçə milyon manat ziyan vurub".
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu proses dolların son vaxtlardakı məzənnə dəyişikliyi ilə bağlı yaranan reallığından qaynaqlanır: “Əslində bu gün reallıq bundan ibarətdir. Yəni, ölkədə benzinin qiyməti kifayət qədər ucuzdur. Aİ 92 markalı benzin yanacağı 70 qəpikdir. Bu markalı benzin ölkəyə idxal edildikdə bu qiymətə idxal edilmir. Məsələn qonşu Gürcüstanda intensiv istifadə edilən benzinin markasının qiyməti 1 manat ətrafında dəyişir. Bu gün gömrükdə rüsum 0-a endirilməsinə baxmayaraq yenə də ölkəyə idxal edilən Ai 92 markalı benzin baha başa gəlir. Yəni, bu gün Azərbaycan Ai 92 markaı benzini idxal etdiyi ölkələrdən dollar ifadəsi ilə qiyməti ölkəmiz üçün kifayət qədər baha başa gəlir. 30 min ton Aİ 92 markalı benzinin idxalı ARDNŞ-a sərf edilən qiymətə nail olmur. Bu baxımdan ARDNŞ artıq Aİ 92 markalı benzinin ölkəyə idxalını dayandırıb. Bu proses dolların məzənnə dəyişikliyi ilə bağlı yaranan reallığından qaynaqlanır”.
 

Google+ WhatsApp ok.ru