Səxavət Əlisoy Müsavatdan çıxarılıb, Əlövsət Talışxanlıya isə töhmət elan edilib 17 Noyabr 2014 02:00 Siyasət Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müsavat başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında deyib ki, partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sıralarından xaric edilib. Divan S. Əlisoyun partiyanın siyasi xəttinə zidd davrandığını əsas götürüb. Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlıya isə Divanın çağırışına məhəl qoymadığı üçün töhmət verilib. Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy və Ə. Talışxanlı Divana getməyəcəklərini bəyan ediblər. Teqlər : #Səxavət Əlisoy Müsavatdan çıxarılıb,#Əlövsət Talışxanlıya isə töhmət elan edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP-in sədr əvəzi: `İcazə verilsə, bu mitinq izdihamlı olacaq...` Bakı meriyası siyasi partiyaları üz-üzə qoymaq istəyir
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video