Səudiyyə Ərəbistan Əfqanıstanda 15 000 nəfərlik məscid tikəcək

Səudiyyə Ərəbistan  Əfqanıstanda 15 000 nəfərlik cümə məscidi və islami mərkəz tikəcək. 
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Kabilin mərkəzində tikiləcək kompleksdə  Səud kralı Abdulla ben Abduləzizin adını daşıyacaq universitet də tikiləcək. Həmin Universitetdə 5 000 tələbənin təhsil alacağı bildirilir.
Məlumata əsasən, tikiləcək məscid 1980-cı ildə Səudiyyə tərəfindən Pakistanın paytaxtı ​İslamabadda tikilmiş Feysal məscidinin bənzəri olacaq. 
Məsciddə eyni anda 15 000 müsəlman ibadət edə biləcək. 
Əfqanıstanın müsəlman alimləri  Səudiyyə Ərəbistanının Kabildə böyük İslam mərkəzi tikmək planını yüksək qiymətləndiriblər. 
Əfqan islam alimi Hidaytula Hidayət bildirib ki, yaradılacaq yeni mərkəzin əsas məqsədi səbr və sülhdən ibarət olan həqiqi islam elmlərini yaymaq olmalıdır. //
 

 

Google+ WhatsApp ok.ru