Sərdar Cəlaloğlu və İqbal Ağazadə yollarını ayırdı

Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyası arasında bu il keçiriləcək parlament seçkilərində iştirak üçün blok yaradılması ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb. Bu barədə partiyadan Maide.az-a daxil olan məlumatda deyilir. 
 
O bildirib ki, iki partiya arasında blok yaradılması və ya "Qarabağ" Blokunun seçki blokuna çevrilməsi ilə bağlı aparılan danışıqlarda razılıq əldə olunmayıb: "Ümid Partiyası seçkilərdə "125-lər" Siyasi Klubu ilə birgə iştirak edəcək. Artıq seçkidə iştirak edəcək namizədlərini də müəyyən ediblər. İşin bu cür qurulması bizim planlarımıza mənfi təsir göstərdi, çünki müəyyən dairələrdə toqquşma olacaq. Buna görə də danışıqlar nəticəsiz qaldı".
 
S.Cəlaloğlu qeyd edib ki, ADP parlament seçkilərində təkbaşına iştirak edəcək: "Yaxın günlərdə namizədlərin siyahısını hazırlayacağıq".

Google+ WhatsApp ok.ru