Sərnişindaşıma haqda statistik göstəricilər açıqlanıb

Sərnişindaşıma haqda statistik göstəricilər açıqlanıb

Bu il Bakı metrosu ilə daşınan sərnişinlərin sayı azalıb
 
Cari ilin yanvar-oktyabr aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 177,5 mln. nəfər olub.
 
Bu göstərici ötən il ilə müqayisədə 2,9% azdır. Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,2%-i metronun payına düşür.
 
 
 
Dəmir yolu ilə yükdaşımalarda azalma müşahidə olunub
 
Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-oktyabr ayları ərzində 12,5 mln. ton yük, 1580,8 min sərnişin daşınıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,9% və 0,6% artım müşahidə olunub.
 
Bundan başqa, orta hesabla sutkada 440 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,9 min ton, qərb istiqaməti üzrə 5,0 min ton, cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.
 
Ümumilikdə nəqliyyat sektorunda qeyd olunan dövr ərzində yükdaşımanın 6,9%-i dəmir yolu nəqliyyatının payına düşür.
 
 
Bu il hava nəqliyyatı ilə 1 milyon 700 min sərnişin daşınıb
 
Bu ilin yanvar-oktyabr ayları ərzində hava nəqliyyatı ilə 1 709,1 min və ya 7,6% çox sərnişin daşınıb.
 
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Məlumata görə, daşımaların 99,8%i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
 
Bundan başqa, hava nəqliyyatı ilə yükdaşıma 24,4% artaraq 126,9 min tona çatıb. Ümumilikdə isə nəqliyyat sektoru ilə daşınana yüklərin 0,1%-i hava nəqliyyatını payına düşüb.
 
 
Bu il 54 milyondan çox sərnişin taksi xidmətindən istifadə edib
 
Cari ilin 10 ayı ərzində ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 116,3 mln. ton yük, 1396,9 mln. sərnişin daşınıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artımdan xəbər verir.
 
Sərnişinlərin 96,1%-i və ya 1 mlrd. 342 mln. 421 min nəfəri avtobus, 3,9%-i və ya 54 mln. 479 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.
 
Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb. (apa) /

 

Google+ WhatsApp ok.ru