Sahibkarlar nə qədər pensiya alacaqlar? – HESABLAMA

Sahibkarlar nə qədər pensiya alacaqlar? – HESABLAMA

Hər hansı bir fəaliyyətlə məşğul olub qazanc  əldə etməyin bir növüdə sahibkarlıq fəaliyyətidir. Və təbii ki,hər bir sahibkarın əsas məqsədi istehsalın stimullaşdırılmasında rol oynamaqla yanaşı gələcək səmərədir, yəni gəlirliyin dayanıqlı olması. Aydın məsələdir ki, qeyri-sahibkarlıq fəaliyətində vergi və sosial ödənişlər hansı qaydada hesablanır. Və pensiya məbləği ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Bəs qanunvericilik sahibkarlıq fəaliyyətində bu prosesə necə yanaşır? Sahibkarlıqla məşğul olaraq və ya xidməti müqavilə ilə işləyənlərin gələcək pensiya təminatı necə hesablanır?
 
Sahibkarlar vergi ödəyicisi olaraq sadələşdirilmiş vergi subyektləridir. Sosial ödənişlər isə qeyri-sahibkarlıq fəaliyyətindən fərqli qaydada həyata keçirilir. Sosial sığorta haqqında qanuna əsasən, sahibkarlar məcburi dövlət sosial sığorta ödəyicisidirlər və bu sahibkarlığın fəaliyyət növündən asılı olaraq aşağıdakı qaydada dəyişir.
 
Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki  şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki  şəxslər isə 20 faizi məbləğinin: 
Bakı şəhərində 100 faizi,
Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,
respublika tabeli digər şəhərlərdə 80 faizi,
rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,
kənd yerlərində 50 faizi  
miqdarında məcburi dövlət sosial sığorta haqqı  ödəyirlər.
 
Hal hazırda 2016-cı il üçün minimum əmək haqqı 105 manat təşkil edir. Bir neçə işçinin xidmətindən istifadə edən sahibkarlar bununla yanaşı ümumi əmək haqqı fondunun 22 faizi nisbətində məcburi dövlət social sığorta haqı ödəməlidir.
 
Fikrimizi bir qədərdə ətraflı izah etmək üçün bununla yanaşı bəzi praktiki nümunələrə nəzər salaq.
Misal 1: Hər hansı bir şəxs Gəncə şəhərində məişət xidməti üzrə sahibkarlıq fəaliyyəti göstərir. Bu zaman  bu şəxs üçün məcburi dövlət sosial sığorta (mdss) haqqı aşağıdakı qaydada hesablanacaq.
105 (minimum əmək haqqı)*20%( fəaliyyət növünə görə) = 21 manat 21*90%=18,9  manat. Yəni Gəncə şəhəri üzrə minimum əmək haqqının 20 faizinin 90 faizi olduğu üçün şəxs 18,9 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 
 
Misal 2: Bakı şəhərində  tikinti fəaliyyəti ilə məşğul olan şəxs üçün məcburi dövlət sosial sığorta haqqı  105*50% (tikinti fəaliyyəti üçün) = 52,5 manat.
Fəaliyyət Bakı şəhərində həyata keçirildiyi üçün  52.5*100%=52.5 məbləğındə ödəniləcək 
 
Misal 3: Yevlax şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxs əlavə olaraq 3 işçinin xidmətindən istifadə edir və hər birinə 300 manat məbləğində haqq ödəyir. Məcburi dövlət sığorta haqı aşağıdakı qaydada hesablanacaq.
Bu zaman sahibkar özü üçün 105*50% (ticarət fəaliyyəti üçün) = 52.5 manat.
52.5*80% (Respublika tabeli şəhər olduğu üçün) = 42 manat mdss haqqı ödəyəcək.
Əlavə olaraq hər işçi üçün ayrıca olaraq 3% miqdarında və ümumi əmək haqqı fondunun yəni 900 manatın (300*3) 22 faizi miqdarında  məcburi dövlət sosial sığorta haqqı hesablanacaq.
 
Fərdi qaydada sahibkarlıq və yaxud əmək fəaliyyəti ilə məşğul olan şəxslər məcburi dövlət sosial sığorta haqlarını özləri üçün hesablayıb təqdim edirlər. Digər işçilərdə olduğu kimi sahibkarlarda da toplanmış bu haqlar fərdi hesabda öz əksini tapır.
Buradan belə nəticəyə gəlmək olar ki, sahibkarlıq fəaiyyəti ilə məşğul olan şəxslərin pensiya təminatı da hesablanmış məcburi dövlət sosial sığorta haqları  hesabına formalaşır.
 
Məlumdur ki, ödənilmiş sığorta haqları nəqədər çox olarsa pensiya təminatıda bir o qədər yaxşı olar. Və nəticə olaraq sahibkarlarda bu məbləğ bir qədər az olduğu üçün hesablanmış pensiya məbləği digər şəxslərə nisbətən aşağı ola bilər. Qeyd edək ki, sahibkarlar və yaxud  fərdi qaydada əmək fəaliyyəti göstərən fiziki şəxslər həmin bu sosial ödənişləri hesablanmış aydan sonrakı ayın 15-dən gec olmayaraq nağd və yaxud nağdsız formada DSMF orqanlarına təqdim etməlidirlər. Bank hesabı olmayan şəxslər isə məcburi dövlət sosial sığorta haqlarını  mədaxil qəbzləri əsasında poçt və yaxud digər ödəmə vasitələri ilə ödəyə bilərlər.
 
Bundan əlavə olaraq sahibkarlar, həmçinin digər şəxslər  gələcək üçün əlverişli ola biləcək təminatlardan biri olan həyatın yığım sığortasını misal göstərmək olar. Həyatın yığım sığortası mövcud şəraitdə dünya praktikasında da geniş yayılıb və əlverişli şərtləri ilə kifayət qədər  insanların diqqətini cəlb edə bilib. (fins.az) /

Google+ WhatsApp ok.ru