Sarkisyanın planları alt-üst oldu?

“Bu mövqe, Qazaxıstanın Avrasiya İqtisadi Birliyində Ermənistanın üzvlüyünə zərər vurmaq niyyətində olmasını göstərir”

Qazaxıstanın XİN, diplomatik kanallar vasitəsilə Ermənistanı və Rusiyanı oktyabr ayının 10-da Minsk görüşünə qədər Ermənistanın AAİB daxil olmasına dair təkliflə əlaqədar yekun qərarı qəbul etməyi çatdıra bilməyəcəkləri barədə məlumatandırıb.
 
Maide.az haqqin.az-a istinadən xəbər verir ki, Qazaxıstan XİN-nin nümayəndələri qeyd ediblər ki, yekun qərarı yalnız oktyabr ayının 15-i üçün qəbul edə biləcəklər.
 
“Bu mövqe Qazaxıstanın Avrasiya İqtisadi Birliyində Ermənistanın üzvlüyünə zərər vurmaq niyyətində olmasını göstərir” – publikasiyanın müəllifləri qeyd edib. Qəzetin mənbəsinin məlumatına görə, üzvlük məsələsi ilə məşğul olan erməni diplomatları Rusiya XİN və RF prezident aparatı ilə məsləhətləşmələrə başlayıblar.
 
“Sonuncu adıçəkilənlər qeyd ediblər ki, Qazaxıstan prezidentinin mövqeyinə qəzəbləniblər, Rusiya rəhbərliyi isə oktyabrın 10-da keçiriləcək görüşdə Ermənistanın üzvlüyünü təmin etməyə qərarlıdırlar”.
 
Xatırladaq ki, Avrasiya iqtisadi birliyinin mayın 29-da Astanada keçirilən iclasında Nazarbayev, Ermənistanı birliyə yalnız beynəlxalq ictimaiyyətdə qəbul edilmiş sərhədləri ilə daxil edilməsinə çağırış olan,  Azərbaycan prezidenti İlham Əliyevin məktubundan söz açıb. Sarkisyan onda heç nə deyə bilməyib.
 
Əgər Ermənistan Avrasiya birliyinə daxil olsa o zaman Dağlıq Qarabağla  sərhəddə gömrük məntəqələri yerləşdirməlidir, Sarkisyanın sözlərinə görə isə Ermənistan buna heç vaxt getməyəcək. Ermənistanın Avrasiya Birliyinə Dağlıq Qarabağla daxil olmasına dair məsələ də gündəmdə deyil. Azərbaycan diplomatiyasının növbəti uğuru Ermənistanın planlarını yenidən alt-üst etdi.

Google+ WhatsApp ok.ru