Sağlam banklar var, amma...

Sağlam banklar var, amma...

-- indi ölkədəki bank sistemi sağlam hüceyrələri də xəstələndirən `xərçəng şişi`nə bənzəyir

"Exo" qəzetində "Azərbaycan bankları müflisləşməni yubadırlar" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkənin bank sisteminin durumunu ekspertlərlə müzakirə edir.
 
"Ölkə üçün hansı sayda bankın fəaliyyət göstərməsinin optimal olduğunu söyləmək çox çətindir. İndiki halda Azərbaycanda 10-a qədər bankın nisbətən "sağlam" olduğunu demək olar, bu da dövlət dəstəyi olmadan mümkün deyil.
 
Ölkədə böyük olmayan, amma səmərəli fəaliyyət göstərən banklar var. Amma bir şeyi demək olar ki, indi fəaliyyətdə olan bankların 2/3 hissəsi bağlanacaq və bu, nə qədər tez baş versə, ölkənin bank sistemi üçün o qədər yaxşıdır". Ekspert Əkrəm Həsənov ölkənin bank sisteminin durumunu qəzetə belə şərh edir.
 
Ə.Həsənov hesab edir ki, indi ölkədəki bank sistemi sağlam hüceyrələri də xəstələndirən "xərçəng şişi"nə bənzəyir, bankların bağlanmasından ehtiyatlanmamaq üçün son illərdə Rusiyada 200-dən çox bankın bağlandığını xatırladır.
 
Ekspertə görə, Azərbaycan banklarının vəziyyəti ağır olaraq qalır, bu, onunla sübut edilir ki, bu gün bəzi maliyyə institutları öz müştərilərinin əmanətlərini qaytarmaq gücündə deyildirlər: "Bundan əlavə, bəzi maliyyə institutları cari bank hesablarından pul vəsaiti çıxarılmasını məhdudlaşdırıblar ki, bu da sadəcə biabırçılıqdır. Problem ondadır ki, kommersiya bankları Mərkəzi Bankdan kredit ala bilmir və bundan da irəli gələrək, maliyyə çatışmazlığı müşahidə edilir".
 
Ə.Həsənov deyir ki, Azərbaycan bankları müflisləşməni yubadırlar, Maliyyə Bazarlarına Nəzarət Palatası isə hansı səbəblərdənsə lisenziyaların fəaliyyətini dayandırmır.
 
Müəllif deyir ki, iqtisadçı-professor Elşad Məmmədov ölkənin monetar orqanlarına 6 aydan yuxarı kredit borclarını ödəyə bilməyən müştərilərə pul cərimələri yazılmasını qadağan edən sənəd qəbul olunması çağırışı edib: "İstər ipoteka müqaviləsinə, istər istehlak kreditlərinə görə, çox sayda vətəndaşların kredit müddəti uzadılıb. Bundan irəli gələrək, hər bir kredit təşkilatı öz istəyinə uyğun pul cəriməsı yazmaq qaydası müəyyən edir. Yəni, bir bank yarım il ərzində ödənilməyən borca görə cərimə faizləri əlavə edir, müddət bitdikdə isə kredit götürmüş vətəndaşı məhkəməyə verir. Bir başqa bank isə kredit ödənişi olmadığına görə il ərzində buna görə kreditə cərimə faziləri də əlavə edir".
 
E.Məmmədov deyir ki, bununla da kredit götürənin borcu artırılır, bu isə bütünlükdə problemli kreditlərin ümumi həcminin artmasına mənfi təsir edir və bu məsələni reqlamentləşdirən qanunverici sənədin olmamasından yaranır.
 
Ekspert deyir ki, 2015-ci ildən bank sistemində müşahidə edilən maliyyə özbaşınalığı problemli kreditlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olub və Azərbaycan banklarının verdikləri maliyyə hesabatları ekspert məlumatlarından çox fərqlənir.(contact.az) 
 

Google+ WhatsApp ok.ru