Sergey Lavrov Qərbə barmaq silkələdi

`Moskva Qərbin sanksiyalarına cavab verməyə borcludur`

“Moskva Qərbin sanksiyalarına cavab verməyə borcludur”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində yeni dərs ilinin başlanması münasibəti ilə tələbələr önündə çıxışında bildirib.
 
"Bizim işgüzar dairələr üçün ədalətsiz şərait yaradılanda, Rusiya bazarında kənd təsərrüfatı istehsalçılarının mövqeyinə ziyan vurulanda sanksiyalara cavab verməyə borcluyuq. "Rosselxozbank”a sanksiya qoyublar və bu səbəbdən kənd təsərrüfatı istehsalçılarının kredit almaq üçün yaxşı şəraitləri olmayacaq", - deyə Rusiya XİN başçısı bildirib.
 
S.Lavrovun sözlərinə görə, bütün hallarda buna cavab vermək lazımdır: "Lakin biz "göz-gözə, diş-dişə" cavab vermək istəmirik. Bu bizim yanaşmamız deyil. Biz hər zaman ağılın səsinə qulaq asmağa çağırırıq".

Google+ WhatsApp ok.ru