Siqaretin ucuzlaşması xəbəri təsdiqini tapmadı- YENİLƏNİB

Bakı şəhərinin bir sıra satış nəqtələrində bu axşamdan etibarən siqaretlərin qiymətlərində əhəmiyyətli ucuzlaşmanın qeydə alınması xəbəri yayılıb.

 
Bir sıra xəbər saytları bildiriblər ki, markasından asılı olaraq siqaretlərin qiyməti 25 faizdən 30 faizə qədər aşağı düşüb.
 
Lakin bu xəbər təsdiqini tapmır. Virtualaz.org saytının İqtisadiyyat Nazirliyindən aldığı məlumata görə, siqaretin qiyməti ilə bağlı hələlik heç bir yenilik yoxdur.
 
Xatırladaq ki, dekabr ayının sonlarında siqaretin qiyməti təxminən 20%, yanvar ayının ortalarında isə daha 20% bahalaşmışdı./
 
 

Google+ WhatsApp ok.ru