İslamçılar qərargahdan çıxarılır

AİP növbəti dəfə haqsızlqla üzləşib. İslam Partiyası bir ay öncə daşındığı ofisindən köçürülür.
 
AİP mətbuat xidmətindən İslaminsesi.org-a verilən xəbərə görə, partiyanın Nizami rayonunda yerləşən qərargahına bu gün hücum olub. 
 
Qərərgahın yerləşdiyi mənzilin sahibi təcili mənzili boşaltmağı tələb edib, əks təqdirdə qərargaha məxsus olan əşyaları bayıra atacağı ilə hədələyib.
 
Qeyd edək ki, ev sahibi bir ay öncə AİP-lə 1 illik kirayə müqaviləsi imzalayıb. Qanuna uyğun olaraq vaxtlı-vaxtında vergi ödənilib. 
 
Amma bu gün səhər AİP rəsmiləri qərərgaha gələndə gördüklərinə inanmayıblar. Ev sahibi artıq bir illik müqaviləni pozmadan belə, mənzili başqasına kirayə verib. 
 
Yeni kirayənişin isə mənzilin hazırkı sahibinə xəbərdarlıq etmədən öz əşyalarını qərargahda yerləşdirib.
 
AİP sədrinin Təşkilatı məsələlər üzrə müavini Vüqar İbayevin açıqlamasına görə, basqının səbəbi mayın 30-da keçirilən aksiya olub:
 
“Mayın 30-da AİP Səudiyyə Ərəbistanının ölkəmizdə yerləşən səfirliyinin önündə aksiya keçirdi. Aksiyaçılar Səudiyyə Ərəbistanında haqqında edam hökmü çıxarılan Ayətullah Şeyx Nimrin hüquqlarının tapdanmasına etiraz etdi, eyni zamanda səud rejiminin Yəməni bombalamasını pislədi. Bu gün səhər qərərgaha gələndə isə baş verənlərə mat qaldıq”.
 
V.İbayev deyir ki, bu AİP-ə qarşı edilən ilk hücum deyil: 
 
“Şeyx Nimrə azadlıq istəyən minlərlə haqqsevər insan dünyanın ən inkişaf etmiş ölkələrində ayağa qalxdı və etiraz etdi. Bu gün də dünyanın müxtəlif bölgələrində, İngiltərədə, ABŞ-da, Almaniyada və digər ölkələrdə belə aksiyalar təşkil edilir. Amma bu aksiyaları nə bizdəki kimi polis dağıtmır, nə də hansısa partiyanı qərərgahından qovmurlar”.

Google+ WhatsApp ok.ru