İslam Partiyası Şeyx Nimrin edam cəzasına etiraz etdi

Səudiyyə Ərəbistanının  yaxın günlərdə nüfuzlu şiə alimi Ayətullah Nimrə qarşı ölüm hökmünü həyata keçirməyə hazırlaşdığı barədə məlumat vermişdik. Belə ki, ona qarşı əvvəlki məhkəmələrdə verilən edam hökmü Apellyasiya Məhkəməsi tərəfindən də təsdiq olunub.

Maide.az-ın verdiyi məlumata görə, Azərbaycan Respublikası İslam Partiyasının sədr əvəzedicisi bu məsələyə münasibət bildirib. O, Şeyx Nimrin edam edilməsi hökmünün imzalanmasına etiraz edərək, şiə aliminin dərhal azad edilməsini tələb edib.
 
İlham Əliyev Səudiyyə rejiminin bu hökmlə İslam dünyasına və şiə aləminə qarşı öz düşmənçiliyini üzə çıxartdığını bildirib: «Rejim küdurətini üzə çıxardı və göstərdi ki, Əhli-Beyt(ə) ilə nə qədər düşmənçilik edir».
 
 «Dünyanın hazırkı vəziyyətində azadlıq və insanlığa çağırış edən Şeyx Nimr kimi şəxsiyyətə edam hökmünün verilməsi onu göstərir ki, Səudiyyə rejimi nəinki İslam ilə, həm də insanlıqla ziddir və qeyri-insani bir yolda addımlayır»- deyə o bildirib.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Ayətullah Nimri hakim ailəni təhqir etmək, polisə müqavimət göstərmək, ölkədə vətəndaşlar arasında iğtişaş yaratmaq və digər saxta ittihamlarla həbs edib.
 
Ehtimal olunan edamla əlaqədar şiə müxalifət  mayın 8-9-da  küçələrə tökülərək etiraz aksiyası keçirməyi planlaşdırır.
 
Ekspertlər Ayətullah Nimrin edam ediləcəyi təqdirdə saysız-hesabsız siyasi məhbusu olan Səudiyyə Ərəbistanı daxilində və bölgədə məzhəblərarası gərginliyin şiddətlənəcəyini bildirirlər.

Google+ WhatsApp ok.ru