Sülhəddin Əkbər Ədliyyə Nazirliyini məhkəməyə verir

“Ədliyyə Nazirliyi  artıq üçüncü dəfədir ki, partiyamızı  qeydiyyata almır. Bununla əlaqədar yəqin ki, yaxın günlərdə məhkəməyə müraciət edəcəyik”. 
 
Maide.az xəbər verir ki, bu barədə Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, nazirlik sənədləri nə üçün geri qaytarmağını izah etməyib: “Ədliyyə Nazirliyi sənədləri ikinci dəfə geri qaytaran zaman çatışmamazlıqları göstərmişdi. Biz də nöqsanları aradan qaldıraraq, yenidən nazirliyə təqdim etdik. Müvafiq qanuna görə, nöqsanlar aradan qaldırılıb nazirliyə təqdim edildikdən on gün sonra şəhadətnamə verilməlidir. Özü də bu imperativ qayda da göstərilir. Ancaq təəssüflər olsun ki, Ədliyyə Nazirliyi nizamnamədə hansısa çatışmamazlığı əsas götürərək sənədlərimizi geri qaytarıb”.
 
 Qeyd edək ki, Sülhəddin Əkbər bildirib  ki, onların hüquqlarını vəkil Fuad Ağayev müdafiə edəcək.

Google+ WhatsApp ok.ru