SOCAR-ın neft ixracında 15 faizlik azalma

SOCAR-ın xam neft ixracı azalıb. Şirkətin saytı xəbər verir ki, SOCAR 2015-ci ilin yanvar-avqust ayları ərzində 14 milyon 66 min 771 ton xam neft ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 550 min 447 ton və ya 15,3% azdır.
 
SOCAR 2014-cü ilin yanvar-avqust ayları ərzində 16 milyon  617 min 218 ton xam neft ixrac etmişdi.
 
2015-ci ilin yanvar-avqust ayları ərzində Novorossiysk limanından 930 min 671 ton, Supsa limanından 1 milyon 864 min 59 ton, Ceyhan limanından isə 11 milyon 272 min 41 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
 
SOCAR 2014-cü ilin yanvar-avqust ayları ərzində Novorossiysk limanından 677 min 785 ton, Supsa limanından 2 milyon 29 min 456 ton, Ceyhan limanından isə 13 milyon 909 min 977 ton xam neft ixrac edilmişdi.
 
SOCAR Ceyhan limanından xam neft ixracını azaldıb. 
 
SOCAR 2015-ci ilin avqust ayında Novorossiysk limanından 84 min 913 ton, Supsa limanından 254 min 422 ton, Ceyhan limanından 871 min 787 ton xam neft ixrac etmişdir. Ötən ilin avqust ayında Novorossiysk limanından 84 min 760 ton, Supsa limanından 242 min 76 ton, Ceyhan limanından 1 milyon 942 min 635 ton xam neft ixrac edilmişdi.
 
Avqust ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 46,65 dollara, Urals nefti - 46,14 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 48,17 dollara satılmışdır.

Google+ WhatsApp ok.ru