SOCAR ixrac etdiyi neftin həcmini açıqladı

Dövlət Neft Şirkəti 2015-ci ilin aprel ayında Novorossiysk limanından 84 min 701 ton, Supsa limanından 254 min 164 ton, Ceyhan limanından 1 milyon 370 min 882 ton xam neft ixrac edib.
 
Şirkətdən  Maide.az-a verilən məlumata görə, ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 508 min 486 ton, Supsa limanından 1 milyon 16 min 454 ton, Ceyhan limanından isə 5 milyon 925 min 281 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
 

Google+ WhatsApp ok.ru