SOCAR STAR-ın inşasına indiyədək 2,1 mlrd. dollar xərcləyib

Türkiyədə SOCAR-a məxsus STAR neft emalı zavodunda inşaat işlərinə indiyədək 2,1 mlrd. dollara yaxın vəsait yatırılıb.
 
Bunu “SOCAR Türkiyə Enerji A.Ş” şirkətinin (SOCAR-ın törəmə müəssisəsi) rəhbəri Kənan Yavuz bildirib.
 
K. Yavuzun sözlərinə görə, STAR-da aparılan inşaat işlərinin 35%-ə yaxını artıq görülüb.
 
Qeyd edək ki, inşaat işlərinin 2018-ci ilin mart ayında yekunlaşdırılması və zavodun fəaliyyətə başlanılması nəzərdə tutulur. Bundan əlavə son zamanlar SOCAR-Türkiyənin Türkiyədəki "paralel hökumət"lə əlaqələrinin olduğuna dair AKP-yə yaxın mediada məqalələr dərc olunur.
 

Google+ WhatsApp ok.ru