Statistika Komitəsi Azərbaycanda ərzaq məhsullarının bahalaşdığını təsdiqlədi

İstehlak mallarının qiymətləri və xidmət tarifləri fevral ayında yanvar ayı ilə müqayisədə 4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6%, qeyri-ərzaq mallarının qiymətləri 3,1%, xidmət tarifləri isə 1,2% bahalaşıb.
 
Bu barədə Maide.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Qeyd edək ki, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,7%, xidmət tarifləri isə 1,4% bahalaşıb.

Google+ WhatsApp ok.ru