İstehsalçı qiymətləri yenə bahalaşdı

Bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalçı qiymətləri 7 faiz artıb.
 
Dövlət Statistika Komitəsinin iyunun 10-da açıqladığı bilgilərdə belə deyilir.
 
Həmin bilgilərə görə, mədənçıxarma sənayesində 6,5, emal sənayesində 9,2, elektrik enerjisi, qaz və buxar istehsalında 7,5 faiz bahalaşma olub.
 
Sənaye məhsullarının istehsalçı qiymətləri aprel ayına nisbətdə isə 9,8 faiz artıb. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 11,4 faiz artıb.
 
Apreldəki qiymətlərdə də artım qeydə alınmışdı.
 
Aprellə mart ayı ilə müqayisədə sənaye məhsullarının istehsalçı qiymətlərindəki artım 2,4, mədənçıxarma sənayesində 2,7, emal sənayesində 1,6 faiz olmuşdu.
 
 Xam neft və təbii qaz hasilatında 2,7, metal filizlərinin hasilatında isə 3,1 faiz istehsalçı qiymətləri bahalaşmışdı. (azadliq)

Google+ WhatsApp ok.ru