Tanınmış ekspert: `Neftin qiyməti 20 dollara düşəcək`

ABŞ-ın “Goldman Sachs” sərmayə bankının xammal bazarları üzrə ekspertlər qrupunun rəhbəri Ceff Karri dünya bazarında neftin ucuzlaşmasının hələlik başa çatmadığını və qiymətin bundan sonra da aşağı düşəcəyini hesab edir.
 
Maide.az-ın məlumatına görə, ekspert bildirib ki, anbarlarda neftin həddindən artıq  toplanılması ucuzlaşmanın davam etməsinə  səbəb olacaq: “Belə olan halda neftin qiyməti nəinki qalxmayacaq, əksinə, daha sürətlə enərək bir barelə görə 20 dollara çatacaq. Anbarlarda neft  həddindən artıq toplanıldıqda, siz onu artıq maya dəyərindən aşağı qiymətə satmağa məcbur olacaqsınız, çünki ona tələbat az olacaq”.
 
Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Enerji Agentliyi 2016-cı il üçün proqnozunda dünyada neftə olan tələbatın gündəlik həcmini  95,6 mln barelədək azaldıb.    

Google+ WhatsApp ok.ru