Tikinti materiallarının istehsalında kəskin azalma 22 Fevral 2016 02:00 İqtisadiyyat 2016-cı ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 8,8 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin yanvar ayının göstəricisindən 53,6% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 101,2 min ton sement (azalma 46,9%), 12,9 min ton tikinti gipsi (azalma 22,6%), 1,2 min kubmetr beton konstruksiya (azalma 29,4%), 21,9 min ton asfalt (artım 2,4%) istehsal olunub. Bundan başqa, cari ilin yanvar ayında 144,9 min ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (azalma 85,5%), 12,5 min kubmetr tikinti kərpici (azalma 28,8%), 43,6 min ton hazır beton qarışığı (azalma 52,9%) istehsal edilib. fins.az / Teqlər : #Tikinti materiallarının istehsalında kəskin azalma, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya birjalarında neft bahalaşıb Neftin bahalaşmasına inanan investorların sayı azalıb