Tikinti və inşaat sektorunda geriləmə müşahidə olunur

Tikinti və inşaat sektorunda geriləmə müşahidə olunur

“Ötən il sənayedə 0,3 faiz artım hiss olunsa da, tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur”.
 
Bunu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vahid Əhmədov deyib.
 
Deputat bildirib ki, biz ƏDV-nin differensiallaşdırılması ilə bağlı dəfələrlə parlementdə məsələ qaldırılıb.
 
“Vergilər Nazirliyi bu məsələyə müsbət rəy versə də, ötən il də bu problem öz müsbət həllini tapmayıb. Valyuta ehtiyatalarında böyük geriləmə müşahidə olunub. 2014-cü ildə valyuta ehtiyatlarımız 51 milyarda yaxın idisə, bu il bu rəqəm 37 milyarda enib. Mərkəzi Bank uçot dərcəsini 5 faizdən 15 faizə qaldırıb.
 
Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib. Əsas oyunçu isə hazırda Dövlət Neft Fondudur”. (faktxeber) /

Google+ WhatsApp ok.ru