Tofiq Yaqublu: “Siyasi müxalifətin yalnız Milli Şuradan ibarət olması fikri düzgün deyil”

 “Müsavat Partiyasından istefa vermək fikrim yoxdur. Mən Müsavatı çox ciddi müxalif partiya hesab edirəm. Eyni zamanda qəbul edirəm ki, qurultaydan sonra partiyada ziddiyyətli dövr olub, amma hər şey yavaş-yavaş yoluna düşür”.
 
Bunu Müsavat Partiyası başqanının müavini, Milli Şuranın üzvü Tofiq Yaqublu deyib.
 
O, Milli Şurada təmsilçiliyi haqqında səslənən fikirlərə və bu qurumun perspektivi ilə bağlı iradlara münasibət bildirib: “Mən hər zaman Milli Şuranın fəaliyyətini çox müsbət qiymətləndirmişəm. Ancaq deyildiyi kimi, Azərbaycanda siyasi müxalifətin yalnız Milli Şuradan ibarət olması haqqında fikirlər də düzgün deyil. Ölkədə xeyli müxalif qüvvə, müxalif təşkilatlar var”.
 
T. Yaqublu Milli Şurada təmsil olunduğu üçün Müsavat Partiyası rəhbərliyi tərəfindən heç bir rəsmi iradla qarşılaşmadığını deyib: “Ey zamanda mənim Milli Şurada təmsilçiliyim Müsavatın Nizamnamə pozuntusu deyil. Çünki Müsavat Divanın qərarı tövsiyə xarakterli sənəddir, tövsiyəni qəbul edənlər Milli Şuradan çıxıb, etməyənlərsə qalıblar”.(apa)

Google+ WhatsApp ok.ru