Total: Neftin qiyməti 80 dollara qədər artacaq

Neftin qiymətləri yaxın perspektivdə 80 dollara qədər arta bilər. Bu barədə Total şirkətinin kəşfiyyat və hasilat üzrə direktoru Arno Breyak “Handelsblatt” qəzetinə deyib. 
 
Arno Breyakın sözlərinə görə, neftin hazırkı dəyəri olduqca aşağıdır və gələcəkdə o, artmalıdır. 
 
Bununla yanaşı, Breyak yaxın vaxtlarda qiymətlərin inkişaf dinamikası ilə bağlı proqnoz verməyib. 
 
“Hələ də məlum deyil ki, neftin qiymətləri nə qədər aşağı düşə biləcək”, - o, əlavə edib. 

Google+ WhatsApp ok.ru