Tramp öz tərəfdarlarına müsəlmanlarla bağlı çağırış etdi

Tramp öz tərəfdarlarına müsəlmanlarla bağlı çağırış etdi

Donald Tramp prezident seçildiyi andan etibarən ölkədə müsəlmanlara qarşı olan hücumların sayı kəskin şəkildə artıb.
 
“Islam Today”-ə istinadən verilən xəbərə əsasən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ telekanallarının birinin efirində öz tərəfdarlarını müsəlmanlara hücumları dayanadırmağa səsləyib.
 
Xatırladaq ki, Tramp ABŞ prezidenti seçildiyi andan ölkədə müsəlman və Latın amerikalılara qarşı olan hücumların sayında kəskin artım baş verib.
 
“Mən bu cür şeyləri eşidəndə pis oluram. Əgər bunun bir faydası olacaqsa, o zaman demək istəyirəm ki, “Dayanın!”, - deyə o billdirib.
 
Xatırladaq ki, yeni seçilmiş prezidentin diskriminasyon ritorikasının (bəyanatlarının) ən qatı əleyhdarı ABŞ Demokratlar Partiyasının daxili seçkilərinin iştirakçısı olmuş və sonda Klintona məğlub olmuş, Vermont ştatının senatoru Berni Sanders olub.
 
“Bura ABŞ-dır. Və biz heç kəsi buradan qovmaq və dünyanın ən böyük dinlərindən birinə (İslama – red.) qarşı çıxmaq niyyətində deyilik. Mən müsəlman uşaqların böyüdükləri ölkədə (ABŞ-da - red.) qorxu içərisində yaşamasını istəmirəm.”, - deyə Sanders çıxışlarının birində demişdi. (İslamazeri) /

Google+ WhatsApp ok.ru