Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmən vəzifəsinin icrasına başlayıb

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmən vəzifəsinin icrasına başlayıb.
 
Maide.az-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğanın andiçmə mərasimi Türkiyə Böyük Millət Məclisində keçirilib.
 
Qeyd edək ki, andiçmə mərasimində bir çox ölkələrin dövlət və hökumət rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri də iştirak edib. Azərbaycanı mərasimdə baş nazir Artur Rasizadənin başçılıq etdiyi heyət təmsil edib.

Google+ WhatsApp ok.ru