Türkiyə Azərbaycana yumurta ixracını artırmaq istəyir 06 Yanvar 2017 02:00 İqtisadiyyat 2016-cı ildə Türkiyə yumurta ixracını 5,8% artırıb. Bu barədə Türkiyənin Yumurta İstehsalçıları Birliyinin rəhbəri Hasan Konya bildirib. Onun sözlərinə görə, ötən il Türkiyə 290,190 mln. dollarlıq yumurta ixrac edib. 2015-ci ildə qonşu ölkə yumurta ixracından 274,889 mln. dollar əldə edib. H. Konyanın sözlərinə görə, Türkiyə ən çox Yaxın Şərq, Fars körfəzi ölkələrinə, o cümlədən Azərbaycan və Gürcüstana yumurta ixrac edib: "Ümumilikdə, 20-dək ölkəyə yumurta ixrac edirik. Qonşu ölkələrin iqtisadi durumu normallaşdıqdan sonra ixracı artırmaq niyyətindəyik". Birliyin rəhbəri əlavə edib ki, ötən il Türkiyədə 19 mlrd. ədəd yumurta istehsal edilib, bunun təxminən 30%-i ixrac olunub. "Bu il 400 mln. dollarlıq yumurta ixrac etmək niyyətindəyik", - deyə o bildirib. (apa) / Teqlər : #Türkiyə Azərbaycana yumurta ixracını artırmaq istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qızıl 3 dollaradək ucuzlaşıb Azərbaycanda şpris istehsal ediləcək