Türk Lirəsi rekord səviyyədə aşağı yaxınlaşdı

Türk Lirəsi rekord səviyyədə aşağı yaxınlaşdı

Türkiyədə son dövrlərdə ölkədəki qurumlardakı işdən çıxarmalar, beynəlxalq kredit reytinqi agentliyi Moody's İnvestor Service-in Türkiyənin kredit reytinqini endirmək üçün izləməyə götürdüyünü açıqlaması və uğursuz dövlət çevrilişi cəhdinin mümkün təsirlərinin arta biləcəyi narahatlıqları ilə bağlı, türk lirəsi dollar qarşısında, bütün zamanların ən aşağı səviyyəsinə yaxımlaşıb.
Maide.az xəbər verir ki, lirə dollar qarşısında 0.4 faiz azalma ilə 3.0549 səviyyəsi qədər aşağı düşüb.
Ümumiyyətlə, Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadi artım proqnozunu aşağı salınmasının ardından, inkişaf edən ölkələrin pul vahidləri ucuzlaşıb.
Türk lirəsi, dollar qarşısında 3.0623 səviyyəsinə qədər enərək, 3.0752 ilə tarixinin ən aşağı səviyyəsini gördüyü Sentyabr ayından bu yana ən zəif səviyyəsinə enib. /
 

 

Google+ WhatsApp ok.ru