Tural Abbaslının tərəfdarlarından biri Müsavat Partiyasından xaric edilib 10 Fevral 2016 02:00 Siyasət Müsavatın Binəqədi rayon təşkilatının sədrinin gənclərlə iş üzrə müavini Şamil Beydullayev partiya sıralarından xaric edilib. Bu barədə "Report"a Ş.Beydullayevin özü məlumat verib. O deyib ki, partiyadan xaric olunması ilə bağlı qərarı Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası çıxarıb. Ş.Beydullayev partiyadan çıxarılmasını Müsavatın hazırkı başqanı Arif Hacılını tənqid etməsi ilə əlaqələndirib: "Sosial şəbəkələrdə Arif Hacılının yürütdüyü siyasəti tənqid edirdim. Ona görə də məni partiyadan xaric etdilər". Qeyd edək ki, Ş.Beydullayev başqanlığa sabiq namizəd Tural Abbaslının təsis etdiyi "Ağ blok"da təmsil olunur. Məlumata görə, yay aylarına qədər qurultay keçiriləcək və blok partiyaya çevriləcək. Teqlər : #Tural Abbaslının tərəfdarlarından biri Müsavat Partiyasından xaric edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Aktyor siyasi baxışlarına görə təhdid olunur Rusiyanın Azərbaycandakı səfir necə xoşbəxt olacağını açıqladı
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video