UNESCO-nun Moskvada bürosu bu gün rəsmi şəkildə bağlanır

Bu gün UNESCO-nun Moskvada bürosu rəsmi şəkildə bağlanır.
 
APA-nın “m24.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş ofisindən məlumat veriblər. Qurumdan bunu ofisin öz vəzifələrini artıq yerinə yetirməsi ilə əlaqələndiriblər. Parisdəki baş ofislə birgə fəaliyyət xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya Federasiyasının UNESCO ilə iş üzrə komissiyası vasitəsi ilə həyata keçiriləcək. Komissiyanın məsul katibi Qriqori Orconokidze bildirib ki, Moskva bölməsinin baş ofisdən aldığı maliyyənin Afrika ölkələri üçün olan layihələrə yönəldilməsi qərara alınıb. Lakin bu, mədəniyyət abidələrinin saxlanmasına, UNESCO-nun siyahısına yeni obyektlərin daxil edilməsinə təsir etməyəcək.
Qeyd edək ki, UNESCO-nun Moskva bürosu təşkilatın Azərbaycan Ermənistan, Belarus, Moldova və Rusiya ofislərini özündə birləşdirir. 

Google+ WhatsApp ok.ru