Valyuta mübadiləsi məntəqələrinə yeni qadağa

Azərbaycanda olan valyuta mübadiləsi məntəqələrindən həyata keçirilən qeyri-rəsmi pul köçürmələri bu gündən etibarən dayandırılıb. Bu barədə bank dairələrindən məlumat daxil olub.
 
Bu vaxta qədər Azərbaycandan xaricə və xaricdən Azərbaycana köçürülən pullar müxtəlif şəxslərin havadarlığı ilə bir sıra bankların valyutadəyişmə məntəqələrində həyata keçirilib.
 
Hüquqşünas Əkrəm Həsənov qeyri-rəsmi pul köçürmələri sistemini ərəblərin yaratdığını deyib:”Bu sistemi ərəblər yaradıb və adını “Həvalə” qoyublar. Amma hazırda bu pul köçürmə sistemindən çirkli pulların yuyulmasında və terrorçuluğun maliyyələşdirilməsində istifadə olunduğundan qadağan edilib”. azadliq.info /

Google+ WhatsApp ok.ru