Varlılar və yoxsullar arasında fərq artır

Yeni təqdim olunan hesabatda bu fərq “uçurum” sözü ilə əvəz edilib

Varlılar və yoxsullar arasında uçurum qlobal səviyyədə artır.

Maide.az-ın məlumatına görə, Qərargahı Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bu gün açıqladığı hesabatda belə deyilir.

Yeni hesabata əsasən, dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş bəzi ölkələrində iqtisadi bərabəsizlik son 30 ildə ən yüksək həddə çatıb. Dünyanın 34 ölkəsində əhalinin 10 faizini təşkil edən ən zəngin insanlar ən yoxsul 10 faizlə müqayiəsdə 9,5 dəfə çox gəlir əldə edir. 1980-cı illərdə varlılar və yoxsullar arasında gəlir 7 faizin 1 faizə nisbəti arasında idi.

Birləşmiş Ştatlar, Yaponiya və Avropanın inkişaf etmiş ölkələrinin daxil olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı iqtisadi bərabərsizliyin artması iqtsadi inkişafa olduqca mənfi təsir göstərdiyini bildirib. Təşkilat bildirib ki, iqtisadi inkişafa ən böyük təsir göstərən amillərdən biri cəmiyyətin digər təbəqələrinə nisbətən orta sinfin aşağı təbəqəsi ilə yoxsul təbəqə arasında uçurumun artmasından ibarətdir.

Hesabatda varlılar və yoxsullar arasında fərqin artması ilə yoxsul ailələrindən çıxmış uşaqların təhsil, sosial və professional inkişaf etmək imkanlarının məhdudlaşdırılmasına gətirib çıxardığı qeyd edilib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bildirib ki, iqtisadi bərabəsizliyin azaldılması üçün dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkələri təhsilə daha artıq vəsait qoymalı, vergilər və başqa transferlər vasitəsilə gəlirlərin bərabər bölüşdürülməsinə çalışmalıdır. Qurum yaxşı təşkil edilib, hədəflərin müəyyən edildiyi və həyata keçirildiyi halda gəlirlərin bərabər bölüşdürülməsi siyasətinin iqtisadi inkişafa yardım edə biləcəyini bildirib.VOA /


 

Google+ WhatsApp ok.ru