VHP sədrinin müavini Milli Şuradan istefa verdi

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli Milli Şura üzvlüyündən istefa verib.
A.İsmayılbəyli bildirib ki, səhhətində yaranan problemlər aktiv siyasi fəaliyyət göstərməyinə mane olur: "Bu proseslər bəzən mənim üçün diskomfort şəraitin yaranmasına gətirib çıxardır.
 
Bunları nəzərə alaraq bu gündən İctimai Palata və Milli Şura üzvlüyündən azad olunmağı məqsədəuyğun sayıram.Onsuz da bu qurumların axır vaxtlarda keçirdikləri heç bir tədbirə qatıla bilmirdim.
 
Üzvü olduğum və rəhbərliyində təmsil olunduğum VHP-də təmsilçilyimə isə çox güman ki,yaxın zamanlarda aydınlıq gətirəcəyəm”.

Google+ WhatsApp ok.ru