Xəzər ölkələri dövlət başçılarından mühüm qərar!

Maide.az-ın məlumatına görə, liderlər Xəzərdə hərbi gücün balanslı olması və burada 5 ölkədən başqa ayrı ölkənin hərbi gücünün saxlanılmaması mövzusunda razılaşıblar. 
 
Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun qatıldığı IV Xəzər Zirvəsində Xəzər dənizinin hüquqi statusu mövzusu müzakirə olunub.
 
Yığıncaqdan sonra liderlər hidrometeoroloji sahədə əməkdaşlıq, fövqəladə hallarda qarşılıqlı xəbərləşmə və köməkləşmə ilə Xəzərin bioloji ehtiyatlarının qorunması və şüurlu istifadə edilməsini nəzərdə tutan razılaşmalara və zirvə nəticələrinə dair məlumata imza atıblar.
 
Liderlər görüşlərdə nəqliyyat probleminə də vaxt ayırıb. Avropanı Orta Asiya, Rusiya və İranla birləşdirəcək "Şimal-Cənub" hava dəhlizi müzakirə olunub.
 
Toplantıda Xəzər ətrafında dəmiryolu şəbəkəsinin genişlədilməsi və Xəzərdəki limanları birləşdirəcək sistemin qurulması da gündəmə gəlib. Yığıncaqdan sonra liderlər simvolik düyməyə basaraq hovuz içərisindəki nərə balıqlarını Volqa çayına buraxıblar. 
 
Birincisi 2002-ci ildə Aşxabadda, ikincisi 5 il sonra Tehranda, üçüncüsü isə 2010-cu ildə Bakıda reallaşdırılan zirvənin növbəti toplantısı Qazaxıstanda keçiriləcək.

Google+ WhatsApp ok.ru