Xəzərin Azərbaycan sektorunda yeni zəgin neft və qaz yataqları tapılıb

AMEA: Xəzərin Azərbaycan hissəsində yeni karbohidrogen mənbələri aşkarlanıb.
 
“2014-cü ildə “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Dövlət Proqramı” sahəsində çox mühüm nəticələr əldə edilib. Bu layihədə Cənubi Xəzər çökəkliyi sahəsində aparılan kompleks işlər nəticəsində karbohidrogen resurs mənbələri aşkarlanıb, onların hasilat miqdarları proqnozlaşdırılıb və geodinamik modeli verilib. Alınmış nəticələrin respublika iqtisadiyyatının uzunmüddətli və davamlı inkişafında çox əhəmiyyətli rolu olacaq”.
 
APA-nın məlumatına görə, bu barədə bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bölmənin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verərkən söyləyib.
 
F.Qədirov deyib ki, tədqiqatlarda Cənubi Xəzər hövzəsinin okean tipli qabığının olması, burada neft-qaz yataqlarının yerləşməsi kimi mühüm nəticələr əksini tapıb: “Hövzənin böyük sürətlə çökməsinin, karbohidrogenlərin yaranmasının litosfer və mantiyada gedən proseslərin hövzənin təkamülünün kəmiyyət göstəricilərinə təsiri göstərilib. Tədqiqatlarda neft-qaz yataqlarının dərinliyi, sıxlığı göstərilir”. /

Google+ WhatsApp ok.ru