Xaçmazda müxalifətçilər saxlanılıb

Noyabrın 7-də Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah və fəal müsavatçı Ramazan Əliyev polis tərəfindən saxlanılıb. Müsavatçının polis bölməsinə aparılmasının səbəbi dünən Müsavat Partiyasının başqanı Arif Hacılının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahın anasının yas mərasimində iştirakı ilə əlaqələndirilir. Bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.
 
Mətbuat xidməti hazırda Müsavat Partiyası rayon təşkilatı liderlərinin harada saxlanması barədə məlumatın olmadığını bildirib.
 
Öz növbəsində Xaçmaz rayon polis şöbəsinin növbətçi hissəsindən Turan-a Heybət Əmrah və Ramazan Əliyev adlı şəxslərin saxlanmadığını bildiriblər.

Google+ WhatsApp ok.ru