Xarici ticarətdə kəskin azalma

Son bir neçə ildə ilk dəfə 2014-cü ildə idxal və ixrac azalıb. Bu, dünya bazarında neftin ucuzlaşmasının nəticəsidir. Bu həm də investisiya təyinatlı malların tədarükünün azalması ilə sonuclanıb.
 
Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanın 150 ölkə ilə xarici ticarət dövriyyəsi $31mlrd 16,3 mln olub. Bu, 2013-cü ildəkindən 10,58% azdır. Ötən il ixrac strukturunda neft, qaz və neft məhsullarının xüsusi çəkisi 91,97% olub. Onların ixrac həcmi azaldığı üçün bu göstərici 2013-cü illə müqayisədə 0,44% azalıb. 
 
Ötən il ölkədən mal ixracı həcmi $21 mlrd 828,6 mln, idxalı $9 mlrd 187,7 mln olub. Maraqlıdır ki, 2014-cü ilin son ayı ixrac həcminin azlığına ($1 mlrd 115,1 mln), idxalın yüksək səviyyəsinə ($1 mlrd 75,5 mln) görə rekord vurub.
 
 
2014-cü ildə  xarici ticari əməliyyatlarının müsbət saldosu $12 mlrd 640,9 mln təşkil edib.
 
2012-2013-cü illərdə idxal-ixrac həcmi ($ min):  /
 

 

2012-ci il

2013-cü il

idxal

9 655 628.16   

10 712 502.70

ixrac

23 907 971.97

23 975 416.97

 

azadliq.info/

 

Google+ WhatsApp ok.ru