Xarici ticarət dövriyyəsi 34,7% azalıb

İlin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $18,8 mlrd təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 34,7% azdır, deyə Gömrük Komitəsi məlumat verir.
 
Hesabat dövründə  $10,6 mlrd məbləğində mal ixrac edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 48,7% azdır. Xaricdə $8 mlrd 196,1 mln məbləğində mal alınıb. Bu, ötən ilin eyni dövründəkindən 1% çoxdur.
 
DGK-ya görə, noyabrda ixrac $140,6 mln, idxal $106 mln azalaraq $854,3 mln və  $756,1 mln təşkil edib.
 
İxrac strukturunda neft, təbii qaz və neft məhsullarının xüsusi çəkisi 86% olub.
 
Bir çox ekspertlərin fikrincə, idxalın real həcmi  DGK-nın rəsmi göstəricisindən 30% çoxdur. İdxalın bir hissəsi gömrük qeydiyyatına alınmır, bir çox mallar ucuz qiymətə rəsmiləşdirilir. Ona görə xaricdən mal alınması xərcləri gömrüyün bəyan etdiyindən xeyli yüksəkdir. Bu, manatın real məzənnəsinə mənfi təsir edən amillərdən biridir. contact/

Google+ WhatsApp ok.ru