İxrac da azalıb, idxal da...

İxrac da azalıb, idxal da...

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal olunub.
 
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu dövrdə ixrac 9 milyard 579.8 mln. dollar, idxal 6 milyard 201.5 mln. dollar təşkil edib. 3 milyard 378.3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
 
Nəticədə illik müqayisədə ticarət dövriyyəsinin həcminin 19, ixracın 25.7, idxal 5.7, müsbət saldonun isə 46.5 faiz azaldığı bildirilir.
 
Ticarət dövriyyəsinin 38.3 faizi Avropa Birliyi, 12.1 faizi MDB, 49.6 faizi isə digər ölkələrin payına düşüb. (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru