Yəməndə baş verən proseslər nefti kəskin bahalaşdırdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,96 dollar bahalaşaraq 51,17 dollar təşkil edib.
 
Maide.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2 dollar artaraq 58,48 dollar olub.
 
Qeyd edək ki, analitiklər neftin bu qədər kəskin bahalaşmasına səbəb kimi əsas bazar ixracatçısı Səudiyyə Ərəbistanı ilə yəmən arasında başlayan müharibəni göstərirlər.

Google+ WhatsApp ok.ru