Yalanlar....

Yalanlar....

"Novoye Vremya" qəzetində isə "Şəffaflıq etimadın zəmanətidir" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif yazır ki, ölkə banklarına etimadsızlıq hökm sürür və bu da bu sektorda böhranı daha da dərinləşdirir.
 
Yazıda qeyd edilir ki, indi Mərkəzi Bankın rəhbərliyi hansı açıqlama verirsə, xalq onun əksinin baş verəcəyini düşünür: "Başqa sözlə, Mərkəzi Bankın rəhbərinə, eləcə də kommersiya banklarına, bütünlükdə bank sisteminə inam yoxdur, buna isə səbəblər kifayət qədərdir".
 
Yazıda deyilir ki, ölkədəki 32 bankdan 15-i IV rübün hesabatını hələ də açıqlamayıb.
 
Yazıda qeyd edilir ki, əhali son günlərdə manatın dollara nisbətdə dəyər qazanmasını da oyun sayır. Müəllifə görə, hökumət «dollar dəyərdən düşür» görüntüsü yaratmaqla əllərdəki dolları ucuz şəkildə geri alıb, sonra məzənnəni qaldırmaq istəyir: "Bankirlər və arxalarında dayanan oliqarxlar nə istəyirlər, onu da edirlər. İstənilən nəzarət orqanı onlar üçün heç nədir".
 
Müəllif yazır ki, belə faktlara görə əhali məmurlara da inam bəsləmir: "Bu inamı bərpa edə bilmək üçün manat real şəkildə sabitləşdirilməlidir".
 
Müəllifin fikrincə, bütün ölkədə dəyişikliklərə nail olmadan bank sektorunu xilas etmək mümkün deyil. /

Google+ WhatsApp ok.ru