Yanvarın 15-də banklarda yenilik olacaq

Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Mərkəzi Bankın yanındakı İpoteka Fondu ləğv edilərək Azərbaycan İpoteka Fondu yaradıldı.
 
Hazırda fondun formalaşması, yenidən təşkili prosesi gedir.
 
Mərkəzi Bankdakı mənbədən modern.az saytına daxil olan məlumatda bildirilib ki, yanvar ayının 15-dən etibarən Mərkəzi Bank kommersiya bankları ilə birgə qəbul edilmiş yeni qərarların icrasına başlayacaq.
 
Qəbul edilmiş qərara əsasən, manatın dollar qarşısında məzənnəsinin stabilləşdirilməsinə çalışılacaq.
 
Həmçinin yeni şərtlər açıqlanaraq ipoteka kreditlərinin verilməsi bərpa olunacaq.

Google+ WhatsApp ok.ru